Qadin.NET / Apple-in sirləri açılır

Apple-in sirləri açılır


Apple və Samsung şirkətləri arasında növbəti məhkəmə prosesində Stiv Cobsun 2010-cu ildə yazdığı elektron məktub ictimaiyyətə açıqlanıb. Şirkətin həmtəsisçisi bu məktubu ölümündən bir il əvvəl yazaraq şirkətin 100 ən yaxşı əməkdaşına ünvanlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Cobs məktubda 2011-ci ili fərdi kompüter dövrünün sonu kimi təsvir edir və bildirir ki, kompüter sənayesi artıq öz yerini mobil qurğulara verir və bu sahədə Apple şirkəti lider olmalıdır.
 
Cobsun fikrincə, Appleın əsas rəqibi Google şirkətidir. Stiv hər iki nəhəng şirkət arasındakı rəqabəti Müqəddəs müharibə adlandırıb.
 
Siv Cobs, həmçinin Apple TV-yə xüsusi diqqət ayırıb. Onun planına əsasən, sözügedən qurğu iPhone və iPad üçün aksesuar olmalı idi.
 
Xatırladaq ki, Apple yeni məhkəmə prosesində 5 patent hüququnun pozulmasına görə Cənubi Koreya şirkətindən 2 milyard dollar məbləğində kompensasiya almağa çalışır.
 
Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK