Qadin.NET / Keysəriyyə yolu ilə doğulan körpələrin artıq çəki ilə üzləşmə riski ikiqat çoxdur

Keysəriyyə yolu ilə doğulan körpələrin artıq çəki ilə üzləşmə riski ikiqat çoxdur

Keysəriyyə yolu ilə doğulan körpələrin artıq çəki ilə üzləşmə riski ikiqat çoxdur

Keysəriyyə (epidural anesteziya) əməliyyatı ilə doğulan körpələrin normal doğuşla dünyaya gələn körpələrlə müqayisədə artıq çəki ilə üzləşmə riski iki dəfə çoxdur. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.

ABŞ-ın Massaçusets ştatındakı Boston Uşaq Xəstəxanasında aparılan araşdırmaya görə, keysəriyyənin həzm sistemindəki bakteriyaların yaranmasına təsir etməsi nəticəsində bu yolla doğulan körpələrdə qidaların həzm müddəti dəyişir.

Araşdırmaya 1255 ana və körpələri cəlb edlib. Hamiləliyin 22-ci həftəsindən əvvəl araşdırmada iştirak edən anaların 25 faizi körpələrini keysəriyyə, digərləri isə normal doğuşla dünyaya gətiriblər.

Körpələrin doğuşdan sonra çəki və boy ölçüləri yoxlanılıb. Bu proses uşaqların 3 yaşı tamam olanadək davam edib.

Elm adamları bədən çəkisi, dəri qalınlığı və körpənin doğuş forması arasında əlaqə olduğunu müəyyən ediblər. Araşdırma göstərib ki, keysəriyyə yolu ilə doğulanların çəkisi normal doğuşla dünyaya gələn körpələrlə müqayisədə daha çoxdur.

Mənbə:trend.az

 

10 aprel 2014
GO BACK