ABŞ-ın dünya şöhrətli Massaçusets Texnologiya İnstitutu həm uşaqların, həm də böyüklərin heç xoşlamadıqları şprislərin yerini ala biləcək cihazı ictimaiyyətin mühakiməsinə verib. Bu cihaz ağrısız ineksiyanın həyata keçirilməsinə imkan verir. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Alim İan Hunterin sözlərinə görə, hazırladıqları cihaz hipodermik iynədən istifadə olunmadan dərmanı saniyədə 340 metr səs sürəti ilə ağrısız dəri altına yeridə bilir.
Alimlər bu ixtiranın yüz illərdən bəri istifadə olunan şprisləri uğurla əvəz edəcəyinə ümid edirlər.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ABŞ-da hər il 400 minə yaxın insan şpris vasitəsilə vurulan ineksiyadan zədə alır.
Mənbə:trend.az