Qadin.NET / Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq

Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq

Aprelin 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq.

Temperaturun gecə 4-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimal olunur.

Temperatur gecə 7-12°, gündüz 18-23°, bəzi yerlərdə 26° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gecə saatlarında sulu qara keçəcəyi, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
 bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.


Temperaturun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperatur gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti təşkil edəcək. 

Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK