Qadin.NET / Venesiyada maraqlı tapıntı

Venesiyada maraqlı tapıntı

Venesiyada maraqlı tapıntı

İtaliyanın Venesiya şəhərində XVI əsrə aid kütləvi məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Hazırda alimlər bunun tarixdə qeydə alınan ilk "vampir dəfni" olub-olmadığını araşdırırlar.

Florensiya Universitetinin alimi Matteo Borriniyə görə, Nuovo Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq edildiyi bir "vampir"ə aid ola bilər.

Mənbə:trend.az

 

9 aprel 2014
GO BACK