Qadin.NET / Xilaskar köpək Rubi

Xilaskar köpək Rubi

Xilaskar köpək Rubi

ABŞ-da diabet xəstəsi olan 3 yaşlı Feys adlı qızcığaz həyatını Rubi adlı köpəyə borcludur. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Belə ki, qızcığazın qanında şəkərin səviyyəsi aşağı düşəndə onun metabolizmində dəyişiklik baş verir və bu zaman ətrafa qəribə qoxu yayılır. Xüsusi təlim görmüş köpək Rubi də bu qoxunu duyaraq ailəni bundan xəbərdar edir. Onlar da öz növbəsində Feysə yardım edirlər.

Qızın anası Sara Vilson Rubinin dəfələrlə Feysin həyatını xilas etdiyini bildirir.

Mənbə:trend.az

 

9 aprel 2014
GO BACK