Qadin.NET / Ən vitaminli məhsulun adı məlum olub

Ən vitaminli məhsulun adı məlum olub

Ən vitaminli məhsulun adı məlum olub

Britaniyalı alimlər tərkibi vitaminlərlə ən zəngin məhsulun adını açıqlayıblar. Bu, kartofdur. Ən təəccüblüsü odur ki, bir çox mütəxəssislər uzun illər ərzində ona ən zərərli məhsullardan biri kimi yanaşıblar. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.

Aparılan irimiqyaslı tədqiqatlar kartofun sağlam həyat tərzi müdafiəçilərinin səylə təbliğ etdikləri kələmdən, banandan, yaxud qozdan daha faydalı olduğunu aşkara çıxarıb. Kartofdan müntəzəm istifadə (xüsusilə qaynanmış şəkildə) orqanizmin bir çox funksiyalarını normallaşdırır.

Kartofdan qabığı soyulmadan istifadə etmək daha faydalıdır. Onun tərkibində banandan 5 dəfə çox sellüloz, böyük miqdarda C vitamini və qoz, günəbaxan tumunda olduğundan daha çox selen kimi vacib element var. Bütovlükdə kartofu insan üçün ən yaxşı uyğunluqda vitamin və mikroelementlərin kompleksi kimi xarakterizə etmək olar.

Mənbə:trend.az

 

9 aprel 2014
GO BACK