Hindistanda çay kənarında dostları ilə oynayan 12 yaşlı Anil Barela adlı uşaq 9 santimetr uzunluğunda balıq udub. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.
Balığın ağciyərdə daim hərəkət etməsi səbəbindən uşaq nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Üstəlik, onun qanındakı oksigen faizi xeyli aşağı düşüb.
Uşağın narahatlığının səbəbini öyrənmək üçün Barela müayinədən keçirilib. Müayinə zamanı uşağın ciyərlərində hərəkət edən balıq aşkar edildikdən sonra o, əməliyyat olunub.
Təqribən 45 dəqiqə davam edən əməliyyatdan sonra 12 yaşlı uşağın ciyərindən balıq diri çıxarılıb.
Mənbə:trend.az