Kembricdən olan mütəxəssislər birmənalı şəkildə belə qənaətə gəliblər ki, şokoladdan qocalmaya mane olan vasitə kimi istiafdə etmək mümkündür. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.
"Lycotec" şirkətinin əməkdaşları "Coco-Lycosome" adı verilən inqredientin köməyi ilə şokoladın tərkibini dəyişdiriblər. O, flavanolların gücünü 20 dəfəyədək artırır. Bununla da onlar bədənin tərkibində kakao olan flavanolları udmaq qabiliyyətini artıran texnologiya hazırlayıblar. Bu molekullar dərinin qocalmanın sürətini azaltmaq üçün vacib olan oksigenlə zənginləşməsini yaxşılaşdırır.
Beləliklə, yeni şokoladın kiçik bir tikəsi cavanlaşma effekti baxımından iki plitka şokolada bərabərdir. "Lycotec"in yaradıcısı İvan Petyayevin sözlərinə görə, şokoladın tərkibini dəyişdirilməsi texnologiyası məhsulun dad keyfiyyətinə və ya onun teksturasına heç bir təsir etmir. "Coco-Lycosome"nin təhlükəsizliyi isə rəsmən sübut olunub.
Deməli, yeni məhsul bazarlara çıxmağa hazırdır. Lakin dietoloq Kerri Rakstonda onun faydalılığı ilə bağlı bəzi şübhələr var. "Flavanollar pis sorulurlar, buna görə ideya maraqlıdır, amma mən hazırlamanın effektivliyinin konkret sübutlarını əldə etmək istəyirəm", - Rakston qeyd edir.
Mənbə: trend.az