Qadin.NET / Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər

Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər

Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər

Tokionun Elm Universitetinin professoru Takaşi Tsucinin rəhbərliyi ilə bir qrup yapon təqdqiqatçı gövdə hüceyrələrindən yaradılan saç follikul vəzisinin implantasiyası yolu ilə siçanlarda tük yetişdirilməsi üzrə təcrübəni uğurla sınaqdan keçiriblər.

Alimlər adətən orqan və toxumaların yetişdirilməsi üçün rüşeym gövdə hüceyrələrindən istifadə edirlər. Lakin yapon mütəxəssislərin sözlərinə görə, bu dəfə onlar yaşlı adamların gövdə hüceyrələrindən follikullar əldə etməyə nail olublar.

Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, köçürülmədən üç həftə keçdikdən sonra follikulların 74 faizində tüklər böyüməyə başlayıb, həm də bu zaman follikullar hətta tüklərin qırxılmasından sonra da onlar yenidən çıxmaq qabiliyyətini itirmirlər.

Alimlər tük follikullarına yerləşdirilən hüceyrələrin tiplərini dəyişməklə saçların sıxlığı və rəngini də dəyişə biliblər.

Mənbə:trend.az

 

9 aprel 2014
GO BACK