Qadin.NET / Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir

Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir

Amerikalı musiqiçi nadir kolleksiyanın sahibidir

ABŞ-da yaşayan Tod Rayın kolleksiyasının bənzərinə çox az rast gəlmək olar, çünki o, ikibaşlı heyvanları toplayır. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən yazır.

Los-Ancelesdə həftənin əvvəlində "Venice Beach Freakshow" adlı kolleksiyasını sərgiləyən Ray əslində "Grammy" mükafatı almış bir musiqiçidir.

Mik Jagger, Beastie Boys kimi tanınmış simalarla birlikdə çalışan Ray 2010-cu ildə "dünyanın ən böyük ikibaşlı heyvanlar kolleksiyasının sahibi" olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Rayın 157 min dollarlıq kolleksiyasında hazırda 22 ədəd canlı heyvan var. Bunlarla yanaşı, Ray bir çox ikibaşlı heyvan müqəvvalarına da sahibdir. Rayın kolleksiyasındakı heyvanlar çox maraqlıdır. Ancaq onların arasında daha çox diqqəti cəlb edən ikibaşlı və altıayaqlı saqqallı kərtənkələlərdir.

Panço və Lefti adlı ilk kərtənkələlər Rayın kolleksiyasında təxminən iki ildir olsalar da, o, yeni ikibaşlı, altıayaqlı, saqqallı kərtənkələni tərəddüd etmədən öz kolleksiyasına daxil edib.

Daha gənc və kiçik olan bu yeni heyvanın adı isə Robert Luis Stevensonun məşhur romanından götürülüb: Cekl və Hayd.

Ray "Huffington Post"a verdiyi açıqlamada Cekl və Haydın beş aylıq olduqlarını bildirib və əlavə edib ki, San Dieqoda belə bir heyvanın olduğunu eşidər-eşitməz onun sahibi ilə əlaqə yaradıb. "Artıq iki aya yaxındır ki, biz bir yerdəyik", - deyən Ray bu heyvanın əkiz olduğunu bildirib. O, əvvəlcə onların bir ürəyə sahib olduqlarını güman etsə də, sonradan onların ayrı-ayrı ürəklərə malik olduqlarını müəyyən edib. Amma yemək məsələsində hər işi Cekl edir. "Hayd isə sadəcə su içir. Təkcə bir dəfə onun cırcırama yediyini görmüşəm. Vəssalam", - o deyib.

Panço və Leftiyə gəldikdə isə burada məsələ tamamilə başqa cürdür. Onlar ikisi də yemək yeyir. Amma Panço böçəklərlə qidalandığı halda, Lefti vegetariandır. Sadəcə yaşıl bitkilər yeyir.

Rayın kolleksiyasında digər diqqəti cəlb edən ikibaşlı kral ilanı Lavern və Şirli, donuz burunlu albinos ilanı Lenni və Sqiqqi, tısbağa Çiç və Çonq, ikibaşlı keçi, ikibaşlı su tısbağası və dünyada yeganə üçbaşlı canlı Mirtl, Sqirtl və Tirdl da var.

Mənbə: trend.az

 

9 aprel 2014
GO BACK