Qadin.NET / Ağlamağın xeyri də var imiş

Ağlamağın xeyri də var imiş


Ağlayarkən bədənimizdəki zəhərli hormonlar çıxır

Çox zaman müəyyən hadisələr qarşısında aciz qalır, göz yaşlarımızı saxlaya bilmirik. Bədbəxt olduğumuzu düşünür, amma bədbəxtliyimizin səbəbini bilə bilmirik. Və gücümüz göz yaşlarına çatır, ağlayırıq.

İnsan ilk dəfə doğulduğunda müxtəlif səbəblərlə - qarnının doyması, rahatlığının təmin edilməsi məqədilə ağlayır. Böyüdükdən sonra isə bütün insanlar kədərləndiyi, ağrı-acı hiss etdiyi zaman ağlayır. Ümumiyyətlə, hər bir insan bütün həyatı boyu 250 milyon dəfə ağlayır.

Mütəxəssislərə görə, ağlamağın əsas səbəblərindən biri əsəbdir. Həddindən artıq bədbəxtlik və çətinlik hiss edildiyində göz yaşı, bioloji olaraq rahatlamanı təmin edir. Yəni, bədənimiz, xaricdən gələn təsirə bu şəkildə reaksiya verərək rahatlanmağa çalışır. Ağlamağın digər səbəbi isə prolaktin hormonudur. Bu hormonun qadınlarda həddi-buluq çağında, adət günlərində, hamiləlikdə, körpə əmizdirərkən və stress altındaykən artdığı müəyyən edilib. Araşdırmalara görə, prolaktin hormonu qadınlarda kişilərə nisbətən 60 faiz daha çoxdur. Doktor Viliam Freyin araşdırmasına görə, prolaktin hormonu qadınların duyğularına təsir edərək endokrin sisteminə təzyiq edir və daha çox ağlama meyli yaradır.

Bəzi insanlar çox güldüyü zaman da ağlamağa başlayır. Buna səbəb isə həddən artıq güldüyü üçün əzələlərin göz yaşları vəzilərini sıxışdırmasıdır.

Kədər və ağrıyla ağlamaq, bu duyğuların sözlərlə ifadə sərhədlərini aşıb, göz yaşının axmasını təmin edən bir mexanizmə yönəlməsi, bu yolla ifadəsidir. Başqa sözlə desək, əlimizdə olmadan meydana gələn bir refleks hərəkətdir. Ağlamaq üçün kafi səbəb varsa, biz istəməsək də, o səbəb beləcə ifadə ediləcək, xaricə vuracaq.

Çox zaman soğan soyarkən də göz yaşları axır. Bu göz yaşları da refleks göz yaşlarıdır. Soğan soyarkən ətrafa yayılan zərrəciklərdən gözlərin qorunması üçün göz yaşları axır.

Mütəxəssislərin fikrincə, insanlar müxtəlif əbəblərlə ağlarkən 3 fərqli göz yaşları ifraz edərlər. Təməl göz yaşı göz kürəsini yağlayır və onu sürüşkənləşdirir. Bu göz yaşları bir gündə davamlı olaraq təxminən 300 ml çıxarılır.

Oftolmoloq Ramin Hüseynovun sözlərinə görə, refleks göz yaşları fiziki və kimyəvi reaksiyalara qarşı ifraz edilir. Üçüncü növ göz yaşları isə duyğularımızla bağlı olaraq meydana gəlir. Romantik göz yaşları manqan və prolaktin hormanları ehtiva edir.

Ağlamaq bizi içimizdəki narahatlıqlardan uzaqlaşdırır. Ağladıqdan sonra ürəyimiz rahatlaşır.

Müsahibimiz deyir ki, insanlar körpəliyində, uşaqlığında daha çox ağlayır, yetkinlik dövründə azalan göz yaşları yaşlılıq dövründə yenidən artmağa başlayır.

ABŞ alimlərinin araşdırmalarına görə, axıdılan göz yaşlarının 49 faizi hüzn göz yaşları, 29 faizi xoşbəxtlik, 4 faizi qorxu, 18 faizi isə digər səbəblərdən axan göz yaşlarıdır. Araşdırma zamanı o da müəyyən edilib ki, yetkinlik dövrünə qədər kişilər və qadınlar eyni nisbətdə ağlayır. Bu dövrdən sonra isə qadınlar kişilərdən 4 dəfə daha çox ağlayır. Qadınlar ildə 64 dəfə, kişilər isə 17 dəfə ağlayırlar.

Çox istifadə edilən "timsah göz yaşları" isə saxta göz yaşlarıdır. Yəni, bu göz yaşları kədərlənmədən kədərlənirmiş kimi göstərərək axıdılan göz yaşıdır. Bu göz yaşlarına timsah göz yaşları deyilməsinin səbəbi odur ki, timsahlar ovlarını yeyərkən, ağızlarını geniş açdıqları zaman gözlərindən bir maye ifraz olunur. Əslində göz yaşı kimi görünən bu mayenin göz yaşı və kədərlə heç bir əlaqəsi yoxdur.

Oftolmoloqun bildirdiyinə görə, insanlar bəzən patoloji olaraq da ağlaya bilirlər. Bu hal zehni narahatlığa sahib insanlarda müşahidə edilir. Parkinson, alzaymer, şizofreniya, anksiyete, depressiya kimi narahatlıqlar duyğu pozuqluğuna səbəb ola bildiyi üçün səbəbsiz ağlamalar ortaya çıxır. Xəstələr zamansız olaraq ağlamağa başlayır, bunun səbəbini özü və ya ətrafındakılar da anlamırlar. Anksiyete və depressiya problemi yaşayan xəstələr bu vəziyyətdən tez çıxa bilirlər, digər xəstəliklər də isə göz yaşlarının qarşısını almaq mümkün olmur.

Mütəxəssislər hesab edirlər ki, göz yaşları vasitəsilə zəhərli hesab edilən hormanlar ifraz edilir. Yaxşı xəbərlər eşitdiyimizdə, rahat olduğumuz zaman, həddən artıq sevindiyimizdə, kədərləndiyimizdə, qorxunc hadisələr yaşadığımızda göz yaşlarımız təbii olaraq axmağa başlayır. Ancaq qeyd etmək lazımdır ki, uzun müddət davam edən, təkraralanan ağlama halları ciddi depressiya əlaməti ola bilər. Bunun qarşısını almaq üçün mütləq həkim-psixiatra müraciət etmək lazımdır.

Və unutmayın ki, ağlamaq gücsüzlük əlaməti deyil. Ağlayın ki, sakitləşəsiniz, ürəyiniz rahatlıq tapsın. Ağlayın ki, bədəninizdə olan zəhərli hormonlar təmizlənsin.

Mənbə:Ekspress.az

9 aprel 2014
GO BACK