Qadin.NET / Bu gecə bankomatların 60%-i işləməyəcək

Bu gecə bankomatların 60%-i işləməyəcək


Aprelin 9-dan 10-a keçən gecə “Azericard” prossessinq mərkəzi fəaliyyətini dayandıracaq.
Milli.Az fins.az-a istinadən xəbər verir ki, buna səbəb sistemdə həyata keçirilən yenilənmə işləridir. 

Buna görə də, gecə saat 01:00-dan 05:00-a qədər “Azəricard”ın xidmət göstərdiyi 30 bankın 2 milyon plastik kartı, 1500 bankomatı və 30 minə yaxın POS-terminal vasitəsilə əməliyyat həyata keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda bankomatların say 2400-ə yaxın, posterminalların sayı isə 33045-dir. Başqa sözlə, ölkədəki bankomatların 60%-i, posterminalların isə 90%-i "Azəricard"ın payına düşür.

Bu müddət ərzində plastik kartlar vasitəsilə bütün əməliyatlar dayandırılacaq. Məsələn, ticarət mərkəzlərində plastik kart vasitəsilə alqı-satqı etmək, internet və ya bankomatlar vasitəsilə mobil danışıq haqqını, kommunal xidmətlərin haqqını ödəmək, internet mağazalarda alqı-satqı aparmaq, bankomatdan pul çıxarmaq mümkün olmayacaq. Bütün bu sistem yenilənmə işləri başa çatandan sonra yəni səhər saat 5-dən sonra işə düşəcək. “Azericard”ın xidmət göstərdiyi bankların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Mənbə:Milli.Az

9 aprel 2014
GO BACK