Qadin.NET / Cavidin "İblis" pyesi İstanbulda

Cavidin "İblis" pyesi İstanbulda


Türkiyənin İstanbul şəhər Bələdiyyə Teatrı növbəti mövsümdə Hüseyn Cavidin "İblis" pyesini səhnəyə qoymağı planlaşdırır
Milli.Az xəbər verir ki, Hüseyn Cavidin Ev Muzeyindən Trend-ə verilən məlumata görə, "İblis" pyesinin Türkiyədə səhnəyə qoyulması H.Cavid yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.

İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan azərbaycanlı aktrisa Məlahət Abbasovanın bu əsərin səhnəyə qoyulmasında böyük rolu var. Bu teatrda H.Cavidin yaradıcılığına ilk dəfədir müraciət olunur.

Qeyd edək ki, bu il həm də "İblis" faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür.

Bu yaxınlarda Hüseyn Cavidin külliyyatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilib və həmin kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilib.

Mənbə: Milli.Az

9 aprel 2014
GO BACK