Qadin.NET / Bakıda yayımı dayanan televiziyada rəsmi açıqlama

Bakıda yayımı dayanan televiziyada rəsmi açıqlama

Ötən gün Bakı ərazisində yayımı dayanan Ailə TV kabel televiziyası operatoru rəsmi açıqlama yayıb. Milli.Az şirkətin mətbuat xidmətinə istinadən bildirilir ki, aprelin 8-də gecə saat 01:00 radələrindən analoq və rəqəmsal rejimdə yayım dayanıb. Dünən axşam saatlarında isə yayım qismən bərpa olunub. Hal-hazırda yayımın tam bərpası istiqamətində işlər aparılır. 
 
Yayımın dayanması isə kabel televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması, eyni zamanda TV kanallarının artırılması məqsədilə aparılan profilaktik işlərlə əlaqədardır. Aparılan texniki sazlama işləri tam bitdikdən sonra operatorun rəqəmsal abunəçiləri ilkin olaraq, 170-dən çox rəqəmsal, 15 "full HD" kanala baxmaq imkanı əldə edəcəklər. Analoq rejimdə də yayımın keyfiyyəti ikiqat yüksəldiləcək. 
 
Yaradılan narahatlığa görə abonentlərdən üzr istəyən operator abonentlərə bonuslar şəklində kompensasiya veriləcəyini vəd edib. 
 
Mənbə:Milli.Az

9 aprel 2014
GO BACK