Qadin.NET / Əsl Çin işi: ev yarıya bölündü, dağıdıldı - FOTO

Əsl Çin işi: ev yarıya bölündü, dağıdıldı - FOTO



Dünyanın müxtəlif şəhərlərində köhnə tikililərin sökülməsi prosesi dağıntılarla müşayiət olunur. Əksər hallarda evlər dayaqlara və aparıcı divarlara partladıcı maddələr qoyulmaqla darmadağın olunur.
Bəzi hallarda proses binanın dayaqlarının zərbələrlə dağıdılması ilə müşayiət olunur.
Çində də eyni proseslər gedir, analoji metodlardan istifadə olunur.
Çinin Layonin vilayətindəki Şenyan şəhərindəki binalardan biri belə dağıdılıb. Fəqət, evin yerlə bir olunması prosesi yetərincə maraqlı idi.
Milli.Az CNS TV-yə istinadən bildirir ki, Ksyanhun yaşayış kompleksi adlanan binanın sökülməsi zamanı o, kiçik partlayışlar vasitəsilə ikiyə bölünmüşdü.
Sonra binanın sol tərəfindəki beton dayaqlara zərbələr endirilib. Bu zərbələr nəticəsində binanın sol tərəfi, daha doğrusu, yarısı çökərək yerlə yeksan olub.
Sağ tərəf isə heç nə olmamış kimi qalıb.
Tikinti şirkətindən verilən məlumata görə, ikinci hissə sabah dağıdılacaq. Binanın ikiyə bölünməsinin isə dağıntı prosesi zamanı ətrafdakı binalara zərər verilməməsi məqsədilə edildiyi vurğulanıb.
Dağılan binanın yerində ticarət-biznes mərkəzi tikiləcək.




 
Milli.Az
9 aprel 2014
GO BACK