Hər səhər Sumqayıt istiqamətindən Bakıya gələn və saatlarla tıxacda qalan sürücülərə şad xəbər var. Əvvəl də xəbər vermişdik ki, Sulutəpə-Biləcəri yolu genişləndirilir. Həmin yol-Bakı Sumqayıt yoluna birləşir. Yol hələ ki, tam hazır olmasa da, səhərlər həmin yola avtomobillərin buraxılması barədə qərar qəbul olunub. Milli.Az Day.Az saytına istinadən bildirir ki, maşınlar səthi düz olan, qrunt yolda yalnız səhərlər hərəkət edə bilərlər.
Qeyd edək ki, layihəyə əsasən, yolun uzunluğu 1500 metr, eni isə 34 metrdir. Burada avtobus dayanacağı və müasir işıqlandırma sistemləri quraşdırılacaq.
Onu da bildirək ki, hər səhər Bakının şimal girişində güclü tıxaclar müşahidə olunur.
Milli.Az