Qadin.NET / Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər

Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər

Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üçün yeni inzibati bina inşa olunur. 

ANS PRESS-in məlumatına görə, yeni bina Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşəcək.

İnzibati bina 7 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Binanın ölçüləri 33,00 x 32,60 metr, binanın tikinti sahəsi-1188,78 m2, tikinti həcmi isə 35695,68 m3-dir.

Dövlət binasının layihə işləri "Chiza Architectural Bureau" və "Bakinşaat Group" şirkətlərinə məxsusdur.

Bina çox funksiyalıdır və imtahan otaqları, gözləmə zalları, treninqlər üçün toplantı otaqları, inzibati, iş otaqlarından, administrativ hissə o cümlədən elektron kitabxana, arxiv, konfrans zallarından, kiçik kinozal, kafe və çoxsaylı texniki və yardımçı otaqlardan ibarətdir. Tikintidə o cümlədən bina üçün yanğın əleyhinə və içməli su rezervuarları, nasosxana, qazanxana və transformator yarımstansiyası da nəzərdə tutulub.

Qeyd edək ki, binanın inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub.

anspress.com
9 aprel 2014
GO BACK