Qadin.NET / Günün qoroskopu: ailədə harmoniyanı qoruyun

Günün qoroskopu: ailədə harmoniyanı qoruyun


Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çox qeyri-stabil emosional fona malik bir gündür. Yaxınlarınızla yanaşı, sizin işləriniz də çətinləşir. Eqoist və təkəbbürlü olmayın. Yalnız öz maraqlarınızı düşünməyin. Yaxınlarınızın xahişlərini, habelə bir qədər əvvəl verdiyiniz vədləri unutmayın. Ciddi və genişmiqyaslı işə başlamaq məsləhət deyil. Həmin işi vaxtında bitirmək şansı azdır.
Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Gəlirlər olmayacaq. Anlaşma və ya sövdələşməni ertələyin. Yaşlı qohumlardan biri ilə ciddi fikir ayrılığı yaranacaq. Ailədə harmoniyanı qoruyun.
 
Buğa - öhdəsindən gələ bilməyəcəyiniz iş yoxdur. İşlərinizdə qətiyyət, iradə və inadkarlığınız sərhəd tanımasın. Fəqət, belə davranış şəxsi münasibətlərdə zərərli ola bilər. Yaxınlarınıza təzyiq göstərməyin. Onları hazır olmadıqları işə vadar etməyin. Pula görə kəskin mübahisə yarana bilər. Gələcəklə bağlı planların müzakirəsini dartışmaya çevirməyin.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Xroniki ağrı kəskinləşəcək. Səhhətinizdə ciddi problemin yaranmasına rəvac verməyin. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Düzgün qidalanın, orqanizmi sınağa çəkməyin.
 
Əkizlər - məşğul olduğunuz məsələlərdə, gördüyünüz işlərdə qayda yaradın. İşləri, fikirləri, hissləri nizama salın. Yaşam və fəaliyyət arealındakı xaosu aradan qaldırın.
Preventiv təhlil apararaq nəyi nə zaman edəcəyinizi müəyyənləşdirin. Uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır.
Çoxdan bəri görmədiyiniz insanlardan birindən günün ikinci yarısında xəbər alacaqsınız. Vacib saydığınız münasibətlərdən birini bərpa edə biləcəksiniz. Təmaslar bu dəfə harmonik inkişaf edəcək.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Xərçəng - emosional baxımdan mürəkkəb və laübəli gündür. Sanki mövcud problemlər azmış kimi inadla yeni problemlər aramayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin formatından və düzənindən asılı olmayaraq kuluar sövdələşmələrin olduğunu düşünməyin. Sizi səmimi-qəlbdən sevən insandan belə, şübhələnməyin.
Günün ikinci yarısında həmkarlarınızdan biri sizi ciddi qəbul etməyəcək. Bu isə təşəbbüslə çıxış etməyə, mövqelərinizi tam açıqlamağa mane olur. Hər şeyə rəğmən inadla irəliləyin, əsla geri çəkilməyin. Maliyyə situasiyasında müsbət dəyişikliklər ola bilər.
 
Şir - yaxın ətrafınızdakı insanlarla yanaşı, özünüzə qarşı da tələbkar olun. Zərərli vərdişlər və zəifliklərinizə qalib gəlin. Başqasının uğurlu təcrübəsindən yararlanın, ağıllı və məntiqli məsləhətləri qulaqardına vurmayın. Təşəxxüs və səbəbi olmayan eqoizm problemlər yarada bilər.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə gərginlik yaratmayın. O insanlar daha çox azadlıq və müstəqillik istəyirlər. Sevdiyiniz insanla mübahisə istisna deyil. Ciddi hisslərinizin olduğu şəxs ümidləri doğrultmayacaq.
 
Qız - əhəmiyyətli və önəmli hadisə olmayacaq. Gözləntilər, arzular və ümidlərin əksər qismi reallaşmayacaq. Pərişanlıq hissi sizə güc gəlməsin. Əhvalınız pozula bilər, amma yaxınlarınız, əzizləriniz sizə dəstək olacaqlar. Onlar sizə yardım edəcəklər.
Günün ikinci yarısında qəfil hədiyyə, xoş sürpriz istisna deyil.
Planlaşdırılmamış alış-veriş etməyin. Gerçəkdən də, ehtiyac duymadığınız əşyalara pul xərcləməyin. Axşam saatlarına yaxın travma riski artır. Ehtiyatlı olun.
 
Tərəzi - yetərincə ağır, qarışıq, mürəkkəb gündür. Emosional fon stabil deyil. Heç bir ciddi səbəbi olmayan narahatlıq və təlaş emosional yorğunluğa, tükənməyə səbəb ola bilər. Dəyər verdiyiniz insanla münasibətlərdə sərinləşməyə rəvac verməyin. Yaxınlarınızdan sözsüz və sonsuz dəstək gözləsəniz də, yanılacaqsınız.
Günün ikinci yarısının maliyyə fonu əlverişli deyil. İtkilər və məsrəflər riski var. Alış-verişdə bədxərclik etməyin. İş yerinin dəyişdirilməsi ilə bağlı təklifləri həddən ziyadə ciddi dəyərləndirməyin. Olandan yaxşısını təklif etməyəcəklər.
 
Əqrəb - yaşananlara və bütün təzyiqlərə, intriqalara rəğmən emosiyalarınıza nəzarət edin. Soyuqqanlı, təmkinli olun. Gün uğurlu deyil. İnadkarlığınız məntiqi həddən kənara çıxaraq ətrafınızdakı insanları pərişan etməsin. Ağıllı məsləhətə qulaq asın. Səhvsiz olduğunuzu düşünməyin. Əks təqdirdə sizə rəğbət bəsləyən insanlar uzaqlaşa bilər.
Günün ikinci yarısında nəyin bahasına olursa-olsun, məqsədə çatmaq üçün yanlış addımlar atmayın. Düşünülmüş qərarlar verin, hisslərinizə hakim olun.
 
Oxatan - qayğılar və çətinliklə dolu bir gündür. Başqasının problemlərinin həlli xeyli vaxt alacaq. Müstəqil nə isə etmək istəməyən və ya bunu bacarmayan insanlar sizə üz tutacaqlar. Səbrli və soyuqqanlı olun, şikayətlərə diqqətlə qulaq asın. Amma öz işinizi də unutmayın, planları reallaşdırın.
Günün ikinci yarısında aktiv çalışın və eyni zamanda ehtiyatlı olun. Səhhətinizdə ciddi problemlərin yaranmasına imkan verməyin. Soyuqdəymə, zökəm, virusa yoluxma riski var. Ağır fiziki işdə çalışmaq məsləhət deyil.
İfrat yorğunluğa şərait yaratmayın.
 
Oğlaq - kiçik, hətta xırda saydığınız məsələ bu gün ciddi problemə çevrilə bilər. Təlaşa qapılmayın, əndişələnməyin. Bədbin olsanız, işlərinizdə geriləmələr olacaq. Yaxın ətrafınızdakı insanlar və dostlar sizə yardım etməyə çalışacaqlar. Lakin onların səyləri bir nəticə verməyəcək. Yaşananları anlayışla qarşılayın.
Günün ikinci yarısı ciddi xərclərlə bağlıdır. Pulları boş və mənasız məqsədlə sərf etməyin. Narahat olmayın, yaşananalar maliyyə durumunuza ciddi təsir etməyəcək. Saatlar keçəndən sonra gəlir əldə edə bilərsiniz. Mürəkkəb əmlak məsələsini həll etmək şansı yaranıb.
Axşam saatlarında qohumlardan birinə zəng vurmağı unutmayın.
 
Dolça - maliyyə fonu əlverişli deyil. Çox pul xərcləməyin. Lazım olmayan nəsnələr almayın, maliyyə vəsaiti ilə risk edərək itkilərə yol verməyin. Öz pullarınızla yanaşı, borc aldığınız vəsaiti və habelə başqasının resursları ilə məntiqlə davranın. Əks təqdirdə ağır fəsadlar yaradacaq səhvlərə yol verə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər istisna deyil. Romantik təmaslarda harmoniya yaranacaq. Yaxşı bacardığınız işə xüsusi diqqət ayırın.
Axşam saatlarında aktiv istirahəti seçin.
 
Balıqlar - bir yerdə oturmaq istəmirsiniz. Aktiv olun. Macəra və sərgüzəşt arayırsınızsa, sizi yeni təəssüratlar gözləyir. Başladığınız işdə ləngimə və təxirəsalmalara yol verməyin. Qeyri-standart, mürəkkəb məsələlərin öhdəsindən gəlin. Peşəkar fəaliyyət müstəvisi və şəxsi həyatınızda ciddi irəliləyiş, yenilik ola bilər. Dəyişikliklərə hazırlaşın.
Günün ikinci yarısında işlər çox olacaq. Yorulub usana bilərsiniz. Orqanizmi bərklik sınağına çəkməyin. Ağır fiziki işdən, yağlı yeməkdən imtina edin.
Axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Mənbə: Milli.Az

9 aprel 2014
GO BACK