Qadin.NET / Ölülərə toy edirlər

Ölülərə toy edirlər

 

Ölülərə toy edirlər

 

“Yeni məzar tapıb ordan cəsədi qazıb çıxartmaqdansa, qızı öldürmək daha asandır”.

Çində belə qəbul edilib ki, əgər kişi subay ölürsə, onda o, o biri dünyada da yalqız qalacaq. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ölən o dünyada darıxmasın deyə, ona yeni ölmüşlər arasından gəlin axtarıb tapırlar.

Hökümət tez-tez bu qəribə adəti dayandırmağa çalışsa da, çinlilər hələ də bu adətlərindən əl çəkməyib. Belə bir şey Xebey əyalətindən olan bir qızın cəsədinin başına gəlib. Banditlər ölən qızı onun valideynlərindən pulla alıb xəyalət toyu keçirib. Növbəti gün isə yeni evlənmiş qızın cəsədini başqa bəy üçün yenidən satmaqdan çəkinməyiblər.

Çində artıq çoxdan gəlin cəsədi qara bazarı yaranıb. Biznes yetərincə gəlirlidir - qız cəsədinin orta qiyməti 5000 dollardır. Bununla belə qiymətə yalnız cəsədin tazəliyi deyil, həm də Çindəki inflyasiya və dünya bazarında dolların kursu da təsir edir. 

Bir-iki il əvvəl isə ölmüş qadın cəsədini 1500-2000 dollara əldə etmək olurdu, ancaq indi qiymətlər artıb. Cəsəd uğrunda çoxları dəhşətli cinayətlərə baş vururlar, məsələn, cavan qızları öldürürlər. 2007-ci ildə qatil Son Tyantanq “yeni məzar tapıb ordan cəsədi qazıb çıxartmaqdansa, qızı öldürmək daha asandır” deməklə etdiyi vəhşiliklərə bəraət vermişdir. 

www.oxu.az

9 aprel 2014
GO BACK