Qadin.NET / Bir ton ağırlığında adamyeyən timsah - FOTO

Bir ton ağırlığında adamyeyən timsah - FOTO

 

Bir ton ağırlığında adamyeyən timsah - FOTO

 

Ekspertlər hesab edirlər ki, bu nəhəngin ən azı 80 yaşı var.

Uqanda vəhşi təbiətin mühafizəsi təşkilatının əməkdaşları çəkisi min kiloqram olan adamyeyən timsah tutublar.

Oxu.Az SkyNews-a istinadən bildirir ki, bu yırtıcı dörd balıqçının canını alıb.

Həlak olanlardan birinin qohumları onu yalnız suyun üzündə qalan geyimlərin qalıqlarından tanıdığını deyiblər.

Nəhəng timsahın eləcə də Vayrakey (Wairakei), Ruabituki (Rwabitooke), Masisi (Masese), Cinci (Jinja) Рё Mayuci (Mayuge) rayonlarında da balıqçılara hücum etdiyi deyilir.

Timsahın axtarışları dörd gün çəkib. Viktoriya gölü sahilində metal qarmağa ət keçirilərək tələ qurulur. Canlı tələyə düşən kimi onu kəndirlə bağlayıb yük maşınına çəkiblər. Timsahı Merçison Fols milli parkına verəcəklər.

Ekspertlər hesab edirlər ki, onun 80 yaşı var. Bundan başqa onun çəkisi, keçən ilin fevralında ölən, o vaxta qədər isə Lolonqda yaşayan ən ağır timsahın çəkisindən yalnız 47 kiloqram yüngüldür.

 

www.oxu.az

 

Bir ton ağırlığında adamyeyən timsah - FOTO


Bir ton ağırlığında adamyeyən timsah - FOTO


 

9 aprel 2014
GO BACK