Qadin.NET / AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi

 

AFFA klubları cərimələdi

 

AFFA İntizam Komitəsi Premyer Liqanın 29-cu turunda yol verilmiş qayda pozuntuları barədə qərarlar qəbul edib.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Bakı" matçının 2, 42, 49, 80-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

"Rəvan" - "Sumqayıt" matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

9 aprel 2014
GO BACK