Qadin.NET / Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq

Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq

 

Rusiyadan 70 milyard dollarlıq sərmayə çıxarılacaq


Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar elan olunduğu bir vaxtda sərmayəçilər narahat olmağa başlayıb. 

Moskvada jurnalistlərlə görüşən Rusiya iqtisadiyyat nazirinin müavini zəif inkişaf və inflyasiyanın artması ilə bağlı xəbərdarlıqla çıxış edib.

Rusiya rəsmisi tənəzzülün gözlənilmədiyini desə də, "durğunluq probleminin" aktual olduğunu vurğulayıb.

Andrey Klepaç ilin ilk rübündə artımın gözlənilmədiyini bildirib.

Ötən il Rusiyadakı iqtisadi artım 1.3 faiz təşkil edib.

Lakin Klepaç hazırda hökm sürən iqtisadi "durğunluqdan çıxmaq" barədə söhbətlərin "erkən olduğunu" hesab edir.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ilin ilk rübündə Rusiyanı tərk edəcək kapitalın həcmi 70 milyard dollara yaxın ola bilər ki, bu da 2013-cü il ərzində Rusiyadan çıxarılan 63 milyard dollara nisbətdə əhəmiyyətli artım təşkil edir.

Klepaç ABŞ və Aİ sanksiyalarının indiyədək əhəmiyyətli təsir göstərmədiyini deyib. Lakin o Qərblə əlaqələrin pisləşməsinin iqtisadi inkişaf və kapitalın çıxarılmasına zəmin yaradacaq mənfi amil olduğunu bildirib.

Mənbə: BBC 

 

9 aprel 2014
GO BACK