Qadin.NET / Sabah ölkədə qar yağacaq

Sabah ölkədə qar yağacaq

Sabah ölkədə qar yağacaq

Aprelin 9-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. 

Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

oxu.az

8 aprel 2014
GO BACK