Rusiya paytaxtının köşklərində qondarma Dağlıq Qarabağ Respublikasının daxili valyutası sayılan sikkələrin açıq satışı həyata keçirilir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Kolomenskaya” metrostansiyasının rayonunda, Sudostroitelnaya küçəsində, ictimai nəqliyyat dayanacağının yanındakı qəzet köşklərinin birində adıçəkilən sikkələri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun nümayəndəsi Füzuli Təhmazov aşkar edib.
Fondun direktoru Şamil Tağıyev məsələ ilə bağlı bildirib ki, həmin rayonda yaşayan Füzuli Təhmazov qondarma respublikanın sikkələrini digər ölkələrin sikkələri arasında aşkarlayaraq satıcıya etirazını bildirib, bu sikkələrin dərhal satışdan çıxarılmasını tələb edib.
Satıcı deyib ki, o, bunu edə bilməz, çünki, adi satıcıdır və rəhbərliyin ona verdiyi əşyaları satır.
oxu.az