Qadin.NET / Bakı Metrosunda daha bir qadağa

Bakı Metrosunda daha bir qadağa

Bakı Metrosunda daha bir qadağa


Bakı Metropolitenində bütün reklam lövhələri və afişalar tezliklə ləğv olunacaq. 

Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, bununla bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov göstəriş verib.

Deyilənlərə görə, reklam lövhələri dizayn baxımından metronun görünüşünə xələl gətirdiyi üçün söküləcək. Metropolitendən bildirilib ki, reklam və afişalar yaxın günlərdə yığışdırılacaq.

İstisna olunmur ki, onların əvəzinə daha yaxşı reklam forma seçilə bilər. Hələlik isə bu barədə heç bir qərar qəbul olunmayıb.

Qeyd edək ki, yeni rəhbər Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb.

anspress.com
8 aprel 2014
GO BACK