Qadin.NET / "WhatsApp"da yenilik

"WhatsApp"da yenilik



Milli.Az-ın AzVision.az-a istinadən məlumatına görə, yaxın günlərdə WhatsApp-ın funksiyalarının sırasına danışıq imkanı da əlavə ediləcək.

Belə ki, istifadəçilər mesajlaşmaqdan əlavə, proqramın yeni zəng funksiyasından da istifadə edə biləcəklər.

Ekspertlər isə xeyli sayda istifadəçisi olan WhatsApp-ın bu yeni funksiyasının mobil operatorlara külli miqdarda ziyan vuracağı fikrindədirlər.

Qeyd edək ki, Facebook sosial şəbəkəsinin rəhbəri Mark ZukerberqWhatsApp-ı fevral ayında 19 milyard dollara satın almışdı.

Milli.Az

8 aprel 2014
GO BACK