Qadin.NET / "Azercell" və "Bakcell" Viber-ə qadağa qoydular?

"Azercell" və "Bakcell" Viber-ə qadağa qoydular?



2013-cü il 26 fevral ayında Smartfonlar (Android, BlackBerry OS, iOS, İphone, Samsung, Nokia, Bada, Windows Phone və s.) telefonları üçün nəzərdə tutularaq hazırlanmış Viber internet proqramına mart ayının 12-dən sonra Azərbaycanda istifadəsində çətinliklər yaradılıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, 175 milyon işlədicisi olan bu proqram Skype, Tango və digər bir çox internet proqramlarına rəqib sayılır. 

Bu proqram vasitəsi ilə istifadəçilər pulsuz danışma, mesajlaşma, smayliklər və şəkillər göndərmək kimi fürsətlərdən yararalanırlar. Ən əsası isə, danışmaq istədiyiniz adamın harada olmasını təyin edib ünvanını öyrənmək mümkündür. Viber proqramından istifadə etməklə həm kontura, həm də cibə qənaət edilir.

Viberin ölkəmizdə istifadəsinə yaranan çətinliklərə gəlincə, adının çəkilməsini istəməyən qaynaqdan Modern.az saytına bildirilib ki, bu proqramın istifadəsindən sonra Azərcell və Bakcell kimi nəhəng mobil operatorlarının mobil bazarında zəifləməsi müşahidə olunur. Məhz buna görə də Viber bu kimi mobil operatorların qəzəbinə tuş gəlib.

milli.az

8 aprel 2014
GO BACK