Qadin.NET / Azərbaycanda taxıla ciddi ziyan vura bilən daha üç yeni virus aşkarlanıb

Azərbaycanda taxıla ciddi ziyan vura bilən daha üç yeni virus aşkarlanıb

Azərbaycanda taxıla ciddi ziyan vura bilən daha üç yeni virus aşkarlanıb

Azərbaycanda taxıl bitkilərində məhsuldarlığa ciddi ziyan vura bilən daha üç yeni virus aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Vaşinqton Dövlət Universitetinin Bitki Xəstəlikləri Departamenti ilə birgə aparılan tədqiqatlar hələ davam edir. Aşkarlanmış yeni viruslar Azərbaycan üçün yeni olsa da, dünya elminə artıq məlumdur.

Azərbaycanda hələlik bu yeni viruslar geniş yayılmayıb. Ancaq viruslara qarşı mübarizə aparılmadıqda bitkilərin məhsuldarlığı 35-60 faiz azalır. Azərbaycanda bu virusların yayılmasında regionların çoğrafi xüsusiyyətləri də rol oynaya bilər. Bitkilər virusa qarşı davamsız olduqda və əlverişli təbii yarandıqda onlar taxıl bitkilərində geniş yayıla bilirlər.

Ümimilikdə dənli taxıl bitkilərində 5 yeni virus aşkarlanıb. Onların ikisi - "Barley yellow dwarf virus" (BYDV- arpa alcaqboylu sarılıq virusu) və "Cereal yellow dwarf virus"(CYDV-buğda alcaqboylu sarılıq virusu) bir müddət əvvəl aşkarlanıb. Aparılan son tədiqqatlar zamanı BYDV-nin 8, CYDV-nin 2 növ müxtəlifliyi məlum olub.

Hər bir virusun bitkiyə təsiri isə müxtəlifdir: "Fermerin bu viruslardan xəbəri yoxdursa, onda onlar başqa xəstəlik adı ilə ona qarşı mübarizə aparmağa başlayacaqlar. Bu halda isə nəticə effektiv olmayacaq".

trend.az

8 aprel 2014
GO BACK