Qadin.NET / Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq

Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq

Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, "Astara-Qazıməmməd" magistral qaz kəmərinin 101-ci kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə əlaqədar, aprelin 8-də saat 11:00-dan 20:00-dək Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarına və Cəlilabad rayonunun bir hissəsinə təbii qazın verilişində qismən fasilələr yaranacaq.

trend.az

8 aprel 2014
GO BACK