Qadin.NET / Sinoptiklərdən hava ilə bağlı bədbin açıqlama

Sinoptiklərdən hava ilə bağlı bədbin açıqlama



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycan rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-aryı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 -7 isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

8 aprel 2014
GO BACK