Qadin.NET / Tədris ilinin uzadılması nəyə hesablanıb?

Tədris ilinin uzadılması nəyə hesablanıb?

 

Tədris ilinin uzadılması nəyə hesablanıb?

 

Təhsil Nazirliyindən tədris ilinin uzadılması ilə bağlı açıqlama veriblər. ANS PRESS-in məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov keçirdiyi mətbuat konfransında tədris ilininn uzadılması məsələsinin yeni məsələ olmadığını deyib. 
O, bildirib ki, tədris ilinin uzadılması ötən il açıqlanan 2013-2014-cü illər tədris ilinin inkişaf prioritetlərində nəzərdə tutulub: “Azərbaycanda dərs həftəsi 32-dir. Mayın sonundan sentiyabrın 15-dək olan müddətdə şagirdlərdə müəyyən tətil boşluğu yaranırdı. Onlar bu müddət ərzində səmərəli işlərlə məşğul olmurdular”.
Cəsarət Valehov bildirib ki, Tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşməsinə gətirib çıxaracaq: “Bundan sonra şagirdlər bilikləri daha yaxşı mənimsəyəcəklər. Tədris ilinin uzadılması ölçüb-biçilmiş məsələdir”

Mənbə: ANS PRESS

8 aprel 2014
GO BACK