Qadin.NET / Balığa Obama adı verildi

Balığa Obama adı verildi

Balığa Obama adı verildi

Amerikalı alimlər yeni aşkarladıqları balıq növünə ABŞ prezidenti Barak Obamanın adını veriblər. Kiçik tar balıqları tipindən olan Eteostom növünə məxsus balığa "Etheostoma obama" adı verilib.Bu balıq Şimali Amerikanın çaylarında yaşayır. Böyük "Etheostoma obama"ların uzunluğu 48 mm-ə çatır, onların mavi naxışlı narıncı vücudları var.Alimlərin dediklərinə görə, balığa Barak Obamanın adının verilməsinin səbəbi ətraf mühitin qorunması sahəsində ABŞ prezidentinin qəbul etdiyi qərarlardır.
"Etheostoma obama" ABŞ prezidentlərinin şərəfinə adlandırılmış ilk balıq deyil. Əvvəllər Teodor Ruzvelt, Cimmi Karter və Bill Klintonun da adları balıqlara verilmişdi.

Mənbə: Mili.Az

8 aprel 2014
GO BACK