Qadin.NET / Bütün dünyanı metro birləşdirəcək?

Bütün dünyanı metro birləşdirəcək?

"İctimai nəqliyyatın çox ciddi perspektivləri var. Əminəm ki, bütün dünya ölkələrini və şəhərləri yeraltı nəqliyyatla, metro ilə birləşdirmək olar. Qlobal yeraltı nəqliyyat şəbəkəsi illər sonra ən rahat və sürətli hərəkət növünə çevriləcək".
İngiltərənin Qərbi Yorkşir qraflığında yaşayan Kris Qreyin fikrincə, dünya ölkələrini yeraltı nəqliyyatın birləşdirəcəyinə şübhə etmir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun hazırladığı HYPERLOOP layihəsi Britaniyadan Avstraliyaya yeraltı metro şəbəkəsi çəkməyə imkan verir.
Tanınmış nəqliyyat ekspeti Harri Bekin fikrincə, belə layihənin reallaşma şansı o qədər də az deyil.
Hesablamalara görə, Londondan Nyu-Yorka 5567 km uzunluğunda yeraltı tunel çəkməklə nəqliyyat problemini həll etmək olar.
Fəqət, inşaat texnikasının indiki səviyyəsini nəzərə alsaq, belə tikinti gündə 30 metr intensivliklə aparıla bilər və inşaat ümumiyyətlə, təqribən 508 il davam edə bilər.
Qərbi Yorkşirin Hekmondvayk şəhərində yaşayan Kris Qrey 500 saat sərf edərək dünya ölkələrini birləşdirəcək metro xəritəsini yaradıb.
O, istinad kimi 1931-ci ildə hazırlanmış London metrosunun xəritəsindən yararlanıb.
La-Manş boğazı və İstanbulda dəniz altından çəkilmiş tunellərin tikinti intensivliyini nəzərə alan K.Qrey layihəsinin reallaşması üçün böyük korporasiyaların nümayəndələri ilə danışıqlara başlamaq niyyətindədir.
Məşhur nəqliyyat eksperti Robert Beneymin sözlərinə görə, HYPERLOOP konsepsiyası gələcəkdəki qlobal nəqliyyat şəbəkəsi, habelə yeraltı tunellər tikintisinin təmərküzləşmiş variantlarından biri sayıla bilər.
HYPERLOOP layihəsi yeraltı tunellərdə metro qatarlarının 1223 km/saat sürətlə hərəkətini nəzərdə tutur. Kapsul şəklində olan qatarlar maqnit relsləri üzərində "hava yastığı" texnologiyası ilə hərəkət edəcək.
Hər biri 8 nəfərlik 6 kapsuldan ibarət qatarlar 30 saniyədən bir hərəkət edəcəklər.
Biletlərin isə 13 funt-sterlinqdən satılması nəzərdə tutulub.
Fəqət, layihənin həyata keçirilməsinin ciddi çətinlikləri var.
"Atlantik okeanının dibi ilə metro tunelinin çəkilməsi praktiki olaraq mümkün deyil. Səbəb okean dibindəki uçurumlar, dəliklər, habelə tektonik layların sərhədləridir. Ən son, müasir texnologiyalardan istifadə olunsa belə, belə tunelin inşası gündə ən uzağı 30 metr ola bilər. Londondan Nyu-Yorka tunelin tikintisi üçün 508 il gərəkdir. Bundan başqa, su altında tunelin daxilində normal təzyiqi təmin etmək mümkün deyil. Layihəni uğursuz sayıram", - Robert Beneymin söyləyib.
Mənbə: Milli.Az
8 aprel 2014
GO BACK