Qadin.NET / Burada dovşanlar insan kimi yaşayır

Burada dovşanlar insan kimi yaşayır

 

Burada dovşanlar insan kimi yaşayır

 

Okunosima Yaponiyanın Xirosima prefekturasında yerləşən kiçik bir adadır. Buranın qeyri-rəsmi adı "dovşan adası"dır. Buna səbəb burada yaşayan vəhşi heyvanların, xüsusilə dovşanların insanlardan qorxmaması, daim insanların ətrafında gəzib dolaşmasıdır.Qeyd edək ki, 2-ci dünya müharibəsi zamanı burada kimyəvi silah istehsal edən zavod yerləşib.
Bu qədər dovşan burada nə edir, onlar hardan gəlib? Bu haqda 2 versiya var: dovşanlar ikinci dünya müharibəsi zamanı buraya gətirilib və kimyəvi silah səmərəliliyini yoxlamaq üçün zavodda istifadə olunub. Lakin zəhərli maddələr muzeyinin keçmiş direktoru həmin heyvanların 2-ci dünya müharibəsindən sonra zavodun dağıdılması əsnasında öldüyünü iddia edir.
Xüsusilə qış aylarında bura gələn turistlərə dovşanlar üçün qida gətirmək təklif olunur. Dovşanlar əsasən yerkökü, kələm və otelin ərazisində 1 dollara satılan xususi dovşan yeməklərinə ustunlük verirlər.

Mənbə: ANS PRESS

8 aprel 2014
GO BACK