Qadin.NET / Putinin keçmiş həyat yoldaşından maraqlı fotoşəkil

Putinin keçmiş həyat yoldaşından maraqlı fotoşəkil

 

Putinin keçmiş həyat yoldaşından maraqlı fotoşəkil

Rusiya Dövlət Başçısı Vladimir Putinin keçən ilin iyun ayında ayrıldığını açıqladığı keçmiş həyat yoldaşı Lyudmila Putinanın Ukrayna bayrağı rənglərində paltarıyla çəkilmiş fotoşəkillərinin çıxması, keçmiş həyat yoldaşının Krım və inkişaf edən hadisələr mövzusunda Putinə qarşı rəftarnı sərgilədiyi sualını ağıllara gətirdi.
Putinin sevgilisi olduğu bildirilən qızıl medallı olimpik gimnast Alina Kabayeva'nın Soçi Qış Olimpiadaları əsnasında nişan üzüyü ilə görülməsi ilə gizli bir evlilik ola bilər düşüncəsi ağıllara gəlmişdi.
Keçən ilin iyun ayında birlikdə TV qarşısına çıxıb ayrılacaqlarını açıqlayan cütün, əvvəlki həftə rəsmi olaraq ayrıldıqları Kremlin Sarayı səlahiyyətliləri tərəfindən açıqlandı. Boşanmanın üzərinə Kremlin rəsmi internet saytında Vladimir Putinin bioqrafiyasında keçmiş həyat yoldaşı Lyudmilaya aid məlumatlar çıxardıldı.
Bioqrafiyasında artıq yalnız qızları Maria (28) və Yekatarina'nın (27) adları yer alır. Ancaq rəsmi saytın fərqli səhifəsində olan uzun bir şərhdə boşanmadan bəh edilməsədə, keçmiş həyat yoldaşı Lyudmilaya aid məlumatlar hələ səhifədə yer alır.
Keçmiş həyat yoldaşının Ukrayna bayrağı rəngində olan paltarlı fotoşəkilinin isə Rus jurnalistlər tərəfindən düşünülənin əksinə bu şəkilin Ukrayna böhranından əvvəl çəkildiyi açıqlandı. 

Mənbə: Ans Press

 

8 aprel 2014
GO BACK