Qadin.NET / Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb

Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb

 

Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb

 

ABŞ-da internet saytlarının birinin apardığı sorğu nəticəsində Fransa turistlərlə ən kobud rəftar edən ölkə seçilib. Bu barədə cümə axşamı Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İnternet saytı apardığı sorğuda üzvlərinə belə bir sualla müraciət edib: "Getdiyiniz ölkələrdən ən çox hansında yerli xalqın kobud münasibəti ilə üzləşmisiniz?".

1200 nəfər arasında keçirilən sorğuda Fransa 34 ölkə arasında birinci yeri tutub. Sorğunun ikincisi isə Rusiya seçilib. Sorğuda iştirak edənlər ABŞ-ı 7-ci, Türkiyəni isə 11-ci yerə layiq görüblər.

Filippin, Karib adaları və Braziliya isə turistlərlə ən kobud davranan ölkələr arasında sonuncu yerləri tutublar.

Mənbə: Trend.Az

8 aprel 2014
GO BACK