Qadin.NET / Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər

Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər

Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər

Böyük Britaniyanın paytaxtı London dünyanın ən varlı adamlarının yaşamağa üstünlük verdiyi planetin ən iri meqapolisi siyahısında birinci yeri tutur. Bu barədə Trend BBC telekanalına istinadən xəbər verir.

Siyahıda ikinci yeri Nyu-York, üçüncü yeri isə Honkonq tutur. Daha sonra şəxsi varidatı 25 milyon dolları ötən şəxslər üçün ən cazibədar şəhərlərin reytinqini Paris, Sinqapur, Mayami, Cenevrə, Şanxay, Pekin və Berlin tamamlayır. Qeyd edək ki, Rusiyanın heç bir şəhəri bu siyahıya düşməyib.

Şəhərlərin seçimi həyat şəraiti, işgüzar fəallığın səviyyəsi, siyasi nüfuz, mədəni həyatın intensivliyi, sosial stabillik, təhsil sistemi, yüksək komfortlu mənzillərin olması daxil olmaqla, bir sıra əsas göstəricilərlə aparılır.

Reytinq var-dövləti 25 milyon dolları ötən şəxslərin həyat şəraitinin öyrənilməsi əsasında tərtib edilib.

Araşdırma nəticəsində məlum olub ki, varlı rusiyalılar Londonla yanaşı, İsveçrənin xeyrinə seçim edirlər. 2010-cu ildə İsveçrənin iki kontonunda ən varlı sakinlər rusiyalılar olublar. Beşinci və altıncı reytinqi müvafiq olaraq 9-10 milyard və 7-8 milyard frankla Viktor Vekselberq və Dmitri Rıbolovlev tutub.

trend.az

7 aprel 2014
GO BACK