Hazırda əsasən kişi və ya qadın komandalarında çalışan kişilərin və qadınların əksəriyyətinə (96 faiz) kişi kollektivində işləmək daha rahatdır. Trend-in məlumatına görə, "HeadHunter"in martın 7-14-də saytın 4690 istifadəçisi arasında apardığı tədqiqat bunu göstərir.
Qadın kollektivlərində kişilər (81 faiz) özlərini qadınlardan (70 fazi) daha yaxşı hiss edirlər. Bu barədə "İnterfaks" xəbər verir.
Bununla yanaşı, hər üç qadından birinə (30 faiz) eyni cinsdən olan həmkarları ilə işləmək rahat deyil. Qadınların əhatəsində çalışan kişilərin 19 faizi eyni fikri dəstəkləyir.
Sorğu göstərib ki, kişilər üçün qadın kollektivində (49 faiz) və qadınlar üçün kişi kollektivində (84 faiz) yaxşı atmosferin rəhni ünsiyyətin sadəliyidir. Bu zaman qadın kollektivində çalışan hər üç kişidən biri (34 faiz) diqqətlə əhatə olunduğunu təsdiqləyir və əmək şəraiti ona yaxşı təsir edir. Lakin qadınların cəmi 9 faizi kişi həmkarlarının əhatəsində onların diqqətini hiss edir.
Kişi və qadınların kampaniyasına intriqa və qeybət mənfi təsir göstərir: respondentlərin 84 faizi etiraf edir ki, bu, onlarda ikrah hissi doğurur. Qadınlar hesab edirlər ki, (55 faiz) əks cinsin əhatəsində karyera pillələri ilə irəliləmək çətindir, eləcə də "şəxsi problemləri bölüşməyə, ürəyini açmağa" kimsə yoxdur (36 faiz).
Araşdırmaya görə, qarışıq gender tərkibli qrupun nümayəndələri arasında qadınların əksəriyyəti (47 faiz) kişi kollektivində işləməyə sevinclə razılıq verərdilər, qadın kollektivində isə heç vaxt (52 faiz). "HeadHunter" ekspertləri müəyyən ediblər ki, kişilər isə həm kişi (38 faiz), həm də qadın kollektivində (32 faiz) məmnuniyyətlə çalışardılar.
trend.az