Qadin.NET / Kivi necə yeyilməlidir?

Kivi necə yeyilməlidir?

Kivi necə yeyilməlidir?

İçərisindəki zəngin qida maddələri və xüsusilə C vitamini sayəsində bağırsaqların işləməsini tənzimləyən kivi həftədə 2-3 ədəd yeyildikdə hətta öskürəyi kəsir. Kivi çox rahat həzm olunur. Qanda xolesterinin səviyyəsini aşağı salan və ürək-damar xəstəlikləri riskini azaldan bu meyvə xərçəng əleyhinə də çox faydalıdır. Kivi orqanizmi xüsusilə yoğun bağırsaq xərçəngindən qorumaqda çox effektivdir.

Kivi necə yeyilməlidir? Meyvələrin çoxunda olduğu kimi, kivinin də ən faydalı hissəsi onun qabığının altındadır. Nə qədər incə şəkildə soymağa çalışsanız da, həmin bu faydalı hissə qabıqla birlikdə atılır. Buna görə də kivinin baş hissəsi azca kəsilməli, daha sonra isə onun içərisi yumurta kimi qaşıqla yeyilməlidir.

Bərk kivi necə yumşaldılır? Kivi uzun müddət saxlana bilən bərk meyvədir. Yemək istədiyiniz zaman kivini daha yumşaq hala gətirmək isə olduqca sadədir. Bunun üçün başqa bir meyvədən, yəni almadan istifadə etmək lazımdır. Bazardan aldığınız kivilərdən yiyəcəyiniz qədərini 1 ədəd alma ilə birlikdə bir-iki gün saxlayın. Kimyəvi təsir nəticəsində kivi yumşalacaq. Beləliklə də istədiyiniz zaman yumşaq kivi əldə edə bilərsiniz. Ancaq bu üsulla meyvə uzun müddət saxlanılarsa, kivilər çürüyəcək. Fermerlər kiviləri buzxanada saxlayarkən də bu metoddan istifadə edirlər. Alma ilə kivi heç vaxt eyni soyuq otaqda saxlanmamalıdır. Bu yolla mövsümdə toplanan kiviləri 3-4 ay xarab olmadan saxlamaq mümkündür.

trend.az

7 aprel 2014
GO BACK