Qadin.NET / İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)

İstanbulda "Lalə festivalı" keçirilib (VİDEO)

Türkiyənin bir neçə şəhərində “Lalə festivalı” keçirilir. İstanbulda festivalın açılışını İstanbul şəhər bələdiyyə rəisi Kadir Topbaş edib. İstanbulda artıq 8-ci dəfədir keçirlən bu festivalı ölkəni zanbaq ixrac edən bir ölkəyə çevirib. İstanbulun Sancaqtəpə bələdiyyəsi isə sakinlərə baharın müjdəçisi adlandırılan 600 min ədəd zanbaq paylayıb. 

Belə ki, bu gündən etibarət İstanbul böyük şəhər bələdiyyəsinin təşkilatcılığı ilə 8-ci “Lale festivalı”na start verilidi. Hər il təşkil olunan festivala diqqət və maraq çox böyükdür. 

Festivalda 100-lərlə yeni açan lalələr göz oxşuyur. Heç vaxt görmədiyiniz təbiət incilərini, bir birindən fərqli lalələri yalnız burada görmək olar. 

Festivala gələn şəhər sakini Fərid Bahar bildirdi ki, hazırda ailəmlə birlikdə təşkil olunan "Lalə festivalı"na gəlmişəm. Bura çox gözəldir, məhz həftənin bütün yorğunluğun burda çıxarırıq. 

Festivala gələn digər şəhər sakini Süleyman Kossa isə festivalın keçirilməsi onun çox xoşuna gəlib, özəliklə də Türkiyə bayrağı. 

Festivala gələn növbəti şəhər sakini Aylin İsmayıl xatırlatdıb ki, burda hər il “Lalə festivalı” keçirilir. Ətrafımız çox gözəldir. 

Türkiyənin Kocaeli şəhərində isə “Ən gözəl zanbağı siz yetişdirin” şüarı altında keçirilən festivalda isə 415 nəfər yarışıb. Müxtəlif rənglərdə və növlərdə olan 415 zanbaq ən gözəl zanbaq seçilmək üçün münsiflər heyətinə təqdim edilib. Kocaelidə də “Lalə festivalı”na əksəriyyəti qadın və uşaqlar olmaqla, on minlərlə insan qatılıb. 

Festival demek olar ki, aprel ayının sonlarına doğru İstanbulun bütün parklarında keçiriləcək 

"Lale festivalı"nın keçiriləcəyi Bütün parklarda 14 milyon ədət və əsasən 270 növ lalə əkilib. Hər gün 100 minlerin ziyarət edəcəyi festival ərəfəsində “Ən gözəl Lalə” adlı foto şəkil yarışması keçiriləcək ki, bu yarışmaya istənilən şəxs qatıl bilər. 

Xatırladaq ki, İstanbul "Lale festivalı" bu gündən etibarən aprel ayının 30-dək davam edəcək.

ANSPress

7 aprel 2014
GO BACK