Qadin.NET / Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı

Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı

Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı

Əlillik və reabilitasiya məsələləri ilə bağlı 142 “Qaynar xətt”ə müraciətlər 68 faiz azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Qaynar xətt” inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz azalaraq 115-ə enib. 

Həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-ə düşüb. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır. 

Nazirliyin 142 “Qaynar xətt”inə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil edib. Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb. 

ANSPress

7 aprel 2014
GO BACK