Qadin.NET / Selülitə qarşı ev şəraitində maska

Selülitə qarşı ev şəraitində maska

Selülitə qarşı ev şəraitində maska

Qadınların ən "qorxulu yuxu"larından biri selülitdir. Bunun bir çox səbəbi ola bilər. Təbii ki qidaların da selülit yaranmasına təsir edir. Ancaq xaricdən qulluq selülitin azalmasına təsir edə bilir. ANS PRESS sizə ev şəraitində hazırlana bilən maska təqdim edir.

Vəsaitlər:
Yarım stəkan təzə qəhvə
1 yemək qaşığı şəkər
2-3 yemık qaşığı zeytunyağı
1 çay qaşığı qliserin
2 çay qaşığı E vitamini

Hazırlanması:
1. Maskanın tətbiqindən əvvəl duş alın. Beləcə maskanı rahatca qəbul etmək üçün dəriniz açılmış olar. 
2. Bütün maddələri orta boy bir kasada yaxşıca qarışana qədər qarışdırın. 
3. Əllərinizlə selülitli bölgəyə maskanı tətbiq edin. 
4. 5 dəqiqə boyunca fırçayla, fırça yoxsa əllə dayanmadan dərini fırçalayın. 
5. Maskanı tətbiq etdikdən sonra selülitli bölgəni sarın. (streç kağızla) 
6. 10 dəqiqə belə sarılı qaldıqdan sonra streç kağızı çıxarın və bölgəni durulayın, lakin sabun istifadə etməyin. 
7. Nəmləndirici tətbiq edin. 
8. Bu tətbiqi həftədə 1 dəfə istifadə edərək qısa müddətdə selülitlərinizdən xilas ola bilərsiniz.

Mənbə
ANS PRESS
 

7 aprel 2014
GO BACK