Qadin.NET / Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə elan edəcək.

Trend komissiyanın saytına istinadən məlumat verir ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı prosesi aparılır.

Milli.Az

7 aprel 2014
GO BACK