Türkiyəli məşhur aktrisa Beren Saat şok açıqlama verib. ANS PRESS-in məlumatına görə, "Fatmagülün suçu nə?" və "Aşk-ı Memnu" serialları ilə böyük əks-səda salmış Beren Saat minlərlə pərəstişkarını kədərləndirəcək qərar verib. Gözəl aktrisa uzun müddət ekranlarda olmayacağı barədə xəbər yayıb. Türkiyə ilə yanaşı Azərbaycan və ərəb ölkələrində minlərlə izləyici toplayan B.Saat mavi ekranlardan uzaq düşəcək.
10 ildir rol aldığı kinoları və serialları böyük zövqlə izlənən aktrisa 1 illik ekrandan ayrılacağını vurğulayıb. Kənan Doğulu ilə birlikdə Los Ancelesə köçməyə qərar verən Beren, Amerikada həm istirahət edəcək, həm də təhsil alacaq. Sənətçinin bir illik uzaqlaşmadan sonra ekranlara geri dönmə tarixi isə 2015-ci ilin sentyabr ayına planlaşdırılıb. Ona gələn təklifləri rədd edən Beren bu müddət ərzində yalnız qısametrajlı filmləri dəyərləndirəcəyini bildirib.
Xatırladaq ki, Beren Saat və nişanlısı Kenan Doğulu bir müddət öncə toy tarixlərini açıqlamışdılar. Tanınmış cütlük aprelin 22-də nikaha girəcəkləri barədə xəbər yaymışdılar. Məşhur pop ifaçı Kənan toyun təşkili üçün A46 şirkəti ilə anlaşıb. Toy mərasimi tarixi Qalata qülləsinin başındakı restoranda baş tutacaq.

anspress.com