Qadin.NET / Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)


Əsl adı Can Kong Sang olan, Çinin və Hollivudun məhşur aktyoru, döyüş sənətinin ustası Ceki Çan, bu gün 60 yaşını qeyd edir. O, 1954-cü il aprelin 7-də Hankoqda dünyaya gəlib. Erkən yaşlarından döyüş fənlərinə maraq göstərən aktyor durmadan məşqlər edir, filimlərdə çəkilmək arzusu ilə yaşayırdı.

Nəhayət bir gün tale onun üzünə gülür və o bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başlayır. Çox keçmədən ətrafda ən yaxşı və qorxulu tryukları yerinə yetirən dublyor kimi tanınır. Brus Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun əksi adlandırırdı.

“Sərxoş usta” filmindəki rolundan sonra Ceki, Honq-Konqda ən bahalı aktyor adını qazanır və sonra ssenari yazır, öz kinolarının rejissoruna çevrilir, hətta onlara aid musiqilər də yazır. 

Ceki yeganə aktyorlardan biridir ki, dublyordan heç vaxt istifadə etməyib və hətta bədənində bir dənə də olsun salamat sümük yoxdur. 

Ceki Hollivud tamaşaçıların yaddaşında ən çox “Bronksedəki mübahisə”, “Tanrının silahı”, “Pik saatı”, “Dünya ətrafında 80 gün səyahət” və s. filimləri ilə yadda qalıb. Hazırda o dünyanın ən yaxşı döyüş səhnələrinin ustadı sayılır.

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)

Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)


anspress.com

7 aprel 2014
GO BACK