Qadin.NET / Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!

Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!

 

Hər gün nizamlı olaraq 8-12 stəkan su içməyə başlasanız, bir neçə ay içərisində dərinizin yaxşı istiqamətdə dəyişməsini hiss edə bilərsiniz. Dərinizdəki incə xəttlərin və qırışların görünüşünü azalaraq; daha nəmli bir dəriyə sahib ola bilərsiniz. Bol su istifadəsi hüceyrələrin bəslənməsini və toksinlərin bədəninizdən atılmasını təmin edər.

Dəriniz üçün selenium ehtiva edən qidalar istifadə edin! 
Selenium sərbəst radikal zərərlərindən dəri hüceyrələrini qorumağa köməkçi ola biləcək bir mineraldır. Ayrıca, dəri xərçənginin qarşısının alınmasında rol oynaya bilər. Selenium ehtiva edən qidalar: morina, pisi, somon, ton balığı və bişmiş mal əti, yüngül hind quşu əti, sardina, kəpəkli makaron yesəniz bu ehtiyacınızı təbii yollarla qarşılaya bilərsiniz.
Sağlam hüceyrələr üçün antioksidanlar: 
Antioksidantlar sərbəst radikalların hüceyrələrin zərər görməsinin qarşısını almaq və ya yavaşlatmaq funksiyasını daşıyır. Antioksidanlar qırışların meydana gəlməsini və dəridəki yaşlanma əlamətlərini azaldır. Çiyələk, pomidor, ərik, çuğundur, balqabaq, ispanaq, naringi, bibər, lobya kimi qidalar və xüsusilə rəngli meyvə və tərəvəzlər təbii antioksidanlar ehtiva edir.
Dəri üçün A vitamini istifadə edin ... 
Quru, pul pul bir dəriyə sahib olmaq istəmirsinizsə, portağal, kök kimi meyvələri yalnız yeyərək deyil; dərinizə sürtərək də qırış və yaşlanma əlamətlərini gecikdirə bilərsiniz. Ayrıca yaşıl yarpaqlı tərəvəzlər, yumurta və aşağı yağlı süd də A vitamini ehtiva edər.
Günəşin zərərli təsirlərindən qorunmaq üçün C vitamini istifadə edin. 
C vitamini dərini günəşdən qorumağa köməkçi olur. Eyni zamanda, kollagen və elastin kimi dəri-möhkəmləşdirici lifləri korlayan radikallarin səbəb olduğu ziyanın geri qaytarılmasına köməkçi olar. Qırmızı bibər, sitrus bitkiləri, kivi, brokoli, çobanyastığı və Brüssel kələmi ən yaxşı C vitamini qaynaqlarıdır.
Yaşıl çay 
Yaşıl çay təbiətin bizə təqdim etdiyi ən faydalı məhsullarından biridir. İltihabı və DNK zədələnməsini dayandırmaq üçün yaxşı bir köməkçidir.

 

7 aprel 2014
GO BACK