Elm adamları insan burnunun 1 trilyon qoxunu ayırd edə bildiyini müəyyənləşdirib. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, araşdırmanı ABŞ-ın Nyu Yorkdakı Rokfeller Universitetinin elm adamları aparıblar.Burunun qoxuları necə seçə bildiyini öyrənmək üçün aparılan araşdırmalar çərçivəsində otdan limona qədər müxtəlif tərkibli 128 qoxu molekulundan istifadə olunub.Qoxu molekulları qarışdırıldıqdan sonra araşdırmada iştirak edən insanlar onları qoxulayıblar.Alimlərin aparıdığı tədqiqat nəticəsində məlum olub ki, insan gözü 10 milyon rəngi, qulağı isə 500 min səsi bir-birindən seçmək qabiliyyətinə malikdir.
Mənbə: Trend.Az