Qadin.NET / Pomidorun nadir xüsusiyyətləri

Pomidorun nadir xüsusiyyətləri

 

Pomidorun nadir xüsusiyyətləri

 

Amerikalı alimlər pomidorun xərçəng, osteoporoz və ürək-damar sistemi çatışmazlığı kimi xəstəliklərin inkişaf riskini azaltdığını müəyyən ediblər. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.Tədqiqatçılar bir sıra təcrübələr aparıblar. Məlum olub ki, pomidor ən zəngin likopin mənbəyidir. Likopin hətta termoemaldan sonra belə dağılmır. Ona görə də tomat pastası və hər hansı konservləşdirilmiş pomidor da faydalıdır.Bundan başqa, bu tərəvəz iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Ona görə də siqaret çəkənlərə əbəs yerə pomidor yemək tövsiyə olunmur. O, xərçəngin, ürək və damar xəstəliklərinin qarşısını alır, beynin fəaliyyətini yaxşılaşdırır. Pomidor dünyanın əksər ölkələrində yetişir. Bu da onu bütün faydalı məhsullardan ən unikalına çevirir.

Mənbə: Trend.Az

7 aprel 2014
GO BACK