Qadin.NET / Plastik şüşələrə dənizdən əvəz

Plastik şüşələrə dənizdən əvəz

İnsanların qeydinə qalan və ekologiyanın pozulmasından narahat olan alimlər adət etdiyimiz butulkalar formasında dəniz yosunlarından su üçün qablar hazırlayıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin butulkaları yemək də mümkün olacaq. Ooho adı verilən butulkalar sağlamlıq üçün təhdid olan plastik qabları əvəzləyəcək. Onu Londondan olan üç dizayner hazırlayıb. Membran kalsi-xlorid və natrium-alhinitdən ibarətdir. Butulkanın sferaları gelifikasiya texnologiyası ilə əldə edilib. Bu metoddan ərzaq məhsullarının hazırlanmasında istifadə edilir. Ooho əriyir və gigiyenikdir. O, kütləvi istehsal edilərsə, qiyməti cəmi 2 sent olacaq. Hər il dünyada 50 milyard plastik şüşə hazırlanır və bunlar, demək olar ki, utilizə edilmir. Plastikdəki bisfenol A maddəsi  isə endokrin pozuntularından tutmuş sonsuzluq və xərçəngədək geniş spektrdə xəstəliklər yaradır. 

Mənbə: Milli.Az

7 aprel 2014
GO BACK